Məktəb direktorunun otağını qarət edənlər saxlanılıb

13 Fevral 2012 13:43 (UTC+04:00)

Fevralın 12-də Bakı şəhər sakinləri Kənan Cəfərov, Emil Qasımov və Natiq Bağırov Seyidzadə küçəsində yerləşən 9 saylı orta məktəbdən direktorun otağından qapını sındırma yolu ilə proektor, manitor, klaviatura, yaddaş qurğusu və modem oğurlayıblar. Bakı şəhər Baş Polis İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hadisəni törədənlər Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı, Nəsimi Rayon Polis İdarəsinin PPXB və 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən yaxalanıblar.