Suriyada ordu generalı öldürülüb

11 Fevral 2012 18:06 (UTC+04:00)

Suriyada silahlı dəstə və ordu arasında baş verən toqquşma zamanı ordu generalı öldürülüb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, general İssa əl-Xuli bu gün səhər dünyasını dəyişib.

Belə ki, general Dəməşqdəki evindən çıxan zaman, 3 quldur tərəfindən ona atəş açılıb. General yaralı olaraq xəstəxanaya çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb.