ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin saytı kiber hücuma məruz qalıb

11 Fevral 2012 16:34 (UTC+04:00)
ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin saytı "Anonymous" haker qrupu tərəfindən kiber hücuma məruz qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, kiber hücum nəticəsində saatlarla sayta giriş, hər-hansı bir məlumatın əldə edilməsi mümkünsüz olub. Mərkəzdən verilən məlutama əsasən, hadisə nəticəsində hakerlər yüksək dərəcəli gizli saxlanılan məlumatları, danışıqları və yazışmaları əldə edə bilməyiblər. Kiber hücumun səbəbi isə hələ bilinmir.
Qeyd edək ki, bir qədər əvvəl sözügedən haker qruplaşması Fransa prezidenti Nikola Sarkozinin, Nyu-York Fond Birjasının, ABŞ Polisinin və BMT-nin mindən çox əməkdaşının elektron ünvanlarına kiber hücumlar etmiş və oradakı məlumatları ələ keçirmişdilər.