Şadlıq sarayında qumarxana aşkar edilib

11 Fevral 2012 16:27 (UTC+04:00)
Bakıda şadlıq sarayında qumarxana aşkar edilib. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Cinayət-Axtarış İdarəsi, İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları qumarxananı 6-cı mikrorayon S.Məmmədov küçəsində yerləşən \"Ümid\" şadlıq evində müəyyən ediblər. Qumar oyunlarını Sumqayıt şəhər sakinləri Allahverdi Allahverdiyevin və qardaşı Eldənizin təşkil etdiyi müəyyən edilib.