Metyu Brayza: \"Səfir kimi namizədliyimin təsdiqlənməməsinin səbəblərinin rəsmi Bakı ilə heç bir bağlılığı yoxdur\"

11 Fevral 2012 16:04 (UTC+04:00)
\"Azərbaycan ABŞ üçün ən strateji ölkələrdən biri olaraq qalır\". SİA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Türkiyənin nüfuzlu "Hurriyet Daily News" qəzetinə müsahibəsində bildirib: \"Səfir kimi namizədliyimin təsdiqlənməməsinin səbəblərinin rəsmi Bakı ilə heç bir bağlılığı yoxdur. Geri çağırılmağımın səbəblərindən biri ABŞ-ın prezident seçkilərinin astanasında olmasıdır\".
Onun sözlərinə görə, erməni lobbisinin ABŞ-ın Azərbaycan və Türkiyə ilə sıx münasibətlərini zəiflətmək imkanı yoxdur.