Bakıda karate üzrə yeniyetmələr arasında 39-cu Avropa Çempionatının açılış mərasimi keçirilib-FOTOSESSİYA

11 Fevral 2012 12:23 (UTC+04:00)

Dünən axşam Heydər Əliyev adına İdman-Konsert Kompleksində yeniyetmələr arasında 39-cu Avropa Çempionatının açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Ümumdünya və Avropa Karate Federasiyasının Prezidenti Antonio Espinos, Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Karate Federasiyasının rəhbəri Yaşar Bəşirov və tədbirə dəvət olunmuş qonaqlar Çempionatın Azərbaycanda keçirilməsinin xüsusi önəm daşıdığını, son illərdə karateyə göstərilən dəstəyin göstəricisi olaraq Azərbaycan idmançılarının nəinki Avropada, bütün dünyada öz sözlərini deyə bildiyi vurğulanıb.

Qeyd edək ki, çıxışlardan sonra Ümumdünya və Avropa Karate Federasiyası və Azərbaycan idman ictimaiyyəti arasında qarşılıqlı olaraq göstərilən etimad və dəstəyə görə, idmana göstərdikləri qayğıya görə diplomların təqdimat mərasimi keçilib. Bundan sonra Azərbaycan karate ustalarının kompozisiyaları və bədii hissə nümayiş etdirilib.

Məlumat üçün bildirək ki, çempionat yarışları fevralın 12-ə qədər davam edəcək.


Orxan Faiqov