Bəstəkar Elza İbrahimova vəfat etdi

11 Fevral 2012 12:08 (UTC+04:00)

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Elza İbrahimova 74 yaşında dünyasını dəyişib. SİA-nın məlumatına görə, bu gün səhər saat 09:00-da dünyasını dəyişən bəstəkar xeyli müddətdir, xəstəlikdən əziyyət çəkirdi.

Hazırda Mədəniyyət və Turizm Nazirliyində mərhumun vida və dəfn mərasiminin keçiriləcəyi yer müəyyənləşdirilir.

Məlumat üçün bildirək ki, Elza İbrahimova 1938-ci il, yanvarın 10-da dünyaya göz açıb. O, "Yanan laylalar" Operası /librettosu, "Dünya sevənlərindir\" kinofilminə musiqi, R.Heydər, B.Vahabzadə, O.Qoçulu, V.Əziz, V.Səmədoğlu, R.Əfəndiyeva və b. şairlərin sözlərinə mahnı və romanslar yazıb.