Azərbaycan prezidenti İlham Əliyev NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsini qəbul edib

10 Fevral 2012 17:42 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev fevralın 10-da NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul edib.

SİA-nın məlumatına görə, görüşdə Azərbaycanla NATO arasında mövcud proqramlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.