Vergi qanunvericiliyinə dəyişikliklər ediləcək

9 Fevral 2012 15:01 (UTC+04:00)

Vergi Məcəlləsinin qəbul olunmasından 11 il ötüb. Qanunvericilik bu müddət ərzində xeyli təkmilləşdirilsə də hesab edirik ki, iqtisadi inkişafın sürətlə davam etməsi fonunda və yeni iqtisadi münasibətlər kontekstində biz vergi qanunvericiliyini bir daha nəzərdən keçirməliyik\". SİA-nın məlumatına görə, bu fikri bu gün "Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivləri" mövzusunda keçirilən ilk Vergi Forumunda Vergilər naziri Fazil Məmmədov səsləndirib.

Nazir bildirib ki, artıq aidiyyəti dövlət qurumları, biznes nümayəndələri, vergi sahəsində ölkənin aparıcı mütəxəssisləri ilə Vergi Məcəlləsinin geniş müzakirəsinə başlanılıb: "Vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində onların təklifləri öyrənilir. Bununla da vergi qanunvericiliyi bazasında müvafiq dəyişikliklər ediləcək".