FHN Bakıda magistral qaz kəmərində baş verən partlayışla bağlı məlumat yayıb
8 Fevral 2012 15:04 (UTC+04:00)
Fövqəladə Hallar Nazirliyi Bakıda magistral qaz kəmərində baş verən partlayışla bağlı məlumat yayıb. SIA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda Qaz Emalı Zavodundan Hacıqabul-Kalmaz sahəsinə gedən diametri 720 mm olan magistral qaz kəmərində qəza baş verib. Qəzanın nəticələri zavodun işçiləri tərəfindən saat 07:30-da aradan qaldırılıb. Qəzanın nəticələri aradan qaldırılana qədər Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası hadisə yerində növbə çəkiblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.