\"Sumqayıt\" Futbol Klubunun statistikası

8 Fevral 2012 12:43 (UTC+04:00)

"Sumqayıt" Futbol Klubu qış fasiləsinədək müddətdə 27 futbolçunun xidmətindən yararlana bilib.Siaport.az saytının klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, baş məşqşi Bernhard Raabın ən çox güvəndiyi futbolçular U-21-in üzvləri Ruslan Tağızadə vəKamil Nurəhmədovdur. Sağ cinah müdafiəçisi olan Ruslan 18 oyunda 1610 dəqiqə meydanda olub. Hücumçu Kamil isə adıçəkilən komanda yoldaşından fərqli olaraq 1177 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, Almaniyalı mütəxəssisin ən az şans verdiyi futbolçu isə "Rəvan"a transfer olunan Ramil Nuriyevdir olub(1 dəqiqə).


Ruslan Tağızadə-18 (1610 dəq.),
Kamil Nurəhmədov-18 (1177),
Emin Mustafayev-17 (1221),
Samir Abasov-16 (1436),
Andriy Popoviç-16 (1368),
Hacı Əhmədov-15 (1350),
Bədavi Hüseynov-15 (1350),
Timur İsrafilov-15 (1243),
Slavik Alxasov-14 (934),
Orxan Əliyev-12 (962),
Mahmud Qurbanov-12 (838),
Eldar Məmmədov-12 (789),
Ramil Həşimzadə-12 (511),
Eşqin Quliyev-10 (536),
Abdulla Abatsiyev-7 (547),
Orxan Həsənov-7 (359),
Murad Səttarlı-7 (325),
Samir Abdulov-7 (245),
Aleksandr Qross-4 (181),
Sahil Kərimov-3 (249),
Ruslan Qurbanov-3 (162),
Aqil Məmmədov-3 (84),
Ruslan Nəsirli-3 (61),
Rəşad Kərimov-2 (132),
Şamil Camaləddinov-2 (14),
Samir Yusifov-1 (63),
Ramil Nuriyev-1 (1),

Qış fasiləsinədək "Sumqayıt" 13 dəfə rəqib qapılarına qol vura bilib. Komandanın ən məhsuldar oyunçusu Kamil Nurəhmədovdur. Gənc forvard biri penaltidən olmaqla 3 dəfə qol sevinci yaşayıb. Ümumiyyətlə, komandamızın vurduğu 13 qolun 11-də gənc futbolçuların imzası var. Komandanın kapitanı Samir Abasov isə 2 dəfə komandasına sevinc bəxş edib.

Məlumat üçün bildirək ki, "Sumqayıt"ın 9 futbolçusu qolçuluq bacarığını nümayiş etdirib. Komandanın buraxdığı qollara gəlincə, 16 oyunda çərçivəni qoruyan Andriy Popoviç 18 dəfə topu tordan çıxarmalı olub. Əsas millinin "əlcək sahibi" olan adıçəkilən qolkiper bir dəfə də 11 metrlik cərimə zərbəsini zərərsizləşdirib. İkinci qapıçı olan Sahil Kərimov biri penaltidən olmaqla qapısında 5 qol görüb.

Vurulan qollar:

Kamil Nurəhmədov – 3 (1/1),

Samir Abasov – 2,

Eldar Məmmədov – 2,

Emin Mustafayev – 1,

Timur İsrafilov – 1,

Orxan Əliyev – 1,

Eşqin Quliyev – 1,

Murad Səttarlı – 1,

Samir Abdulov – 1.

Buraxılan qollar:

Andrey Popoviç-18 (0/1),

Sahil Kərimov-5 (1/1).

Məlumat üçün bildirək ki, klubun baş məşqçisi Bernhard Raab komandada alman nizam-intizamı yarada bilib. Belə ki, "Sumqayıt" Unibank Premyer Liqasının ən intizamlı kollektivi seçilib. Komandanınhesabında cəmi 1 qırmızı, 26 sarı vərəqə var. Ən çılqın oyunçu isə Andriy Popoviçdir. Gənc qolkiper bir dəfə meydanı vaxtından əvvəl tərk etməklə yanaşı 4 dəfə hakimləri əllərini ciblərinə atmağa məcbur edib. Ümumiyyətlə, cari mövsümdə"Sumqayıt"ın 14 üzvünə xəbərdarlıq edilib.


Sarı vərəqələr:

Andriy Popoviç – 4,

Ruslan Tağızadə - 3,

Kamil Nurəhmədov – 3,

Emin Mustafayev – 2,

Timur İsrafilov – 2,

Slavik Alxasov – 2,

Ramil Həşimzadə - 2,

Abdulla Abatsiyev – 2,

Samir Abasov – 1,

Hacı Əhmədov – 1,

Mahmud Qurbanov – 1,

Eldar Məmmədov – 1,

Samir Abdulov – 1,

Ruslan Qurbanov-1.

Qırmızı vərəqə:

Andrey Popoviç-1.

"Sumqayıt"ın uğursuz startı

"Sumqayıt" Premyer Liqada ilk 10 oyunda cəmi 3 xal toplaya bilib. Tədricən özünə gələn komanda AZAL-ı əliboş yola salmaqla diqqətləri üzərinə çəkib. Daha sonra Ağdam səfərindən 3 xalla qayıdan "Sumqayıt" "Kəpəz"i böyük hesabla məğlubiyyətə uğradıb. Komandason turda isə "Turan"a qalib gəlib.
\"Xəzər Lənkəran\" - \"Sumqayıt\" 2:1
\"Sumqayıt\" - \"Qəbələ\" 1:2
\"Neftçi\" - \"Sumqayıt\" 4:0
\"Sumqayıt\" - \"Qarabağ\" 0:0
\"Sumqayıt\" - \"İnter\" 0:2
\"Rəvan\" - \"Sumqayıt\" 0:0
\"Sumqayıt \" - \"Simurq\" 0:1
\"Kəpəz\" - \"Sumqayıt\" 1:1
\"Sumqayıt\" - \"Bakı\" 0:1
\"Turan\" - \"Sumqayıt\" 1:0
\"Sumqayıt\" - AZAL 2:1
\"Qarabağ\" - \"Sumqayıt\" 1:2
\"Simurq\" - \"Sumqayıt\" 1:0
\"Sumqayıt\" - \"Rəvan\" 0:1
\"Qəbələ\" - \"Sumqayıt\" 3:1
\"Sumqayıt\" - \"Kəpəz\" 4:1
\"Bakı\" - \"Sumqayıt\" 1:0
\"Sumqayıt\" - \"Turan\" 1:0

Evdə (9 3 1 5 8-9 10)
Səfərdə (9 1 2 6 5-14 5)
Ümumi (18 4 3 11 13-23 15)

"Sumqayıt"ı 9 oyunda19130 tamaşaçı izləyib.

Doğma meydanda 9 oyun keçirən "Sumqayıt" bu görüşlərdə 19130 tamaşaçı toplaya bilib. Ən çox azarkeş "Qəbələ"yə 1:2 hesabı ilə məğlub olduğu görüşdə qeydə alınıb (8000 tamaşaçı). Bernhard Raabın komandasının Sumqayıtdan kənarda keçirdikləri görüşləri 23100 tamaşaçı izləyib. Qış fasiləsinədək oyunları izləyənlərin sayı 42230 nəfərdir.

Evdə ən çox
"Sumqayıt" 1:2 "Qəbələ" – 8000 tamaşaçı
Evdə ən az
"Sumqayıt" 0:1 "Rəvan" – 150
Səfərdə ən çox

"Xəzər Lənkəran" 2:1 "Sumqayıt" – 8000

Səfərdə ən az
"Rəvan" 0:0 "Sumqayıt" – 300

Orxan Faiqov