Qarşıdakı iki gündə hava necə olacaq?

8 Fevral 2012 12:45 (UTC+04:00)

Sabah Bakıda və Abşeron yarımadasında gündüz yağıntıda fasilə olacağı, şimal-qərb küləyinin mülayimləşəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 8-13 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Ayın 10-da arabir qar yağacağı, şimal-qərb küləyinin yenidən güclənəcəyi proqnozlaşdırılır.


Rayonlarında fevralın 09-da gündüz yağıntıda qısa müddətə fasilə olacaq, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta, dağlarda gecə 19-24 dərəcə şaxta, gündüz 7-12 dərəcə şaxta təşkil edəcək.


Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 25-30 dərəcə şaxta olacağı gözlənilir.


Yollar buz bağlayacaq.