Daxili İşlər Nazirliyi Mingəçevir şəhərində törədilən dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb

8 Fevral 2012 12:30 (UTC+04:00)
Daxili İşlər Nazirliyin mətbuat xidmətinin məlumatına görə, fevralın 7-də Mingəçevir şəhərində yaşayan 12 yaşlı Pərvin Beydullayevin bıçaqla qətlə yetirilmiş meyiti tapılıb, bacısı 14 yaşlı Pərvanə isə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Yaralının vəziyyəti ağırdır. Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni tamah məqsədilə törətmiş şəhər sakini Hüseyn Dadaşov tutulub.