Gələcək İctimai Birliyi (GİB) və Seçkirlərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin Sumqayıt Regional Ofisinin birgə təşəbbüsü əsasında Sumqayıt Bloggerləri ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, GİB və SMDT–nin bu təşəbbüsünün əsas məqsədi yerli problemlərin ictimai müzakirəyə çıxarılması və işıqlandırılması yönümündə sərbəst media olan bloggerlərin aktivləşməsidir. Bu məqsədlə bir araya gələn yerli bloggerlər qərara gəldilər ki, "Sumqayıt Bloggerlər Birliyi" adlı şəbəkə yaradılsın.
Yaradılan şəbəkəyə 13 yerli blogçu qoşulub. Həmçinin yerli bloggerlərin yetişdirilməsi və problemlərin işıqlandırılması istiqamətində mühüm addımlar atmaq planlaşdırılır. Təkmilləşdirilmiş sistemə nail olunduqdan sonra digər bölgələri də əhatə edəcək şəbəkə modelinin yaradılmasını nəzərdə tutulur, hansı ki, bu birlik Azərbaycan bloggerlərinin hüquqlarının qorunmasında əsas rol oynayacaq.