Abituriyentlər və bakalavrlar elektron ərizə vermək üçün TQDK-nın virtual ödəmə kartlarını İnternetdən və SMS-lə əldə edə bilərlər. SİA-nın xəbərinə görə, elektron ərizə vermək üçün TQDK-nın virtual ödəmə kartlarını http://system.goldenpay.az/tqdk/index.jsp İnternet ünvanından plastik kartdan istifadə etməklə eldə etmək olar.
Ödəmə kartlarını SMS-lə əldə etmək istəyən abituriyentlər və bakalavrlar Azercell nömrələrindən 7725 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna iş nömrəsi və şifr göstərilən virtual ödəmə kartı daxil olacaq. Ödəmə kartları SMS-lə əldə edildikdə abonentin balansından 18% ƏDV də tutulur.
Yaxın zamanlarda digər mobil operatorların da abonentləri belə xidmətdən istifadə edə biləcəklər.