Polşada dondurucu şaxtalar 62 can aldı

7 Fevral 2012 11:02 (UTC+04:00)

Polşada güclü soyular və şaxtalarda ölənlərin sayı 62 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hidremetroloqlar temperaturun -24 dərəcəyə qədər düşəcəyi haqda xəbərdarlıq edib. Hadisədə ölənlərin əksəiyyəti isə evsi-eşiksiz olub. Qeyd edək ki, noyabr ayından bu yana soyuq havada ölənlərin sayı ümumilikdə 107 nəfər təşkil edib.