Görkəmli şərqşunas və tarixçi alim, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Ziya Bünyadovun anadan olmasının 90 illiyinə həsr edilmiş"Orta əsrlər Şərqinin tarixşünaslığı və mənbəşünaslığı"mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, bu il mayın 7-dən 10-dək davam edəcək konfrans AMEA Rəyasət Heyətivə AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.
Konfransın işi "Akademik Z.Bünyadovun tarix mənbəşünaslıq elmində və orta əsrlər Şərqinin tarixi məsələlərinin tədqiqində xidmətləri" və "Orta əsrlər müsəlman Şərqinin mənbəşünaslıq və tarixşünaslıq məsələləri" bölmələri üzrə təşkil olunacaq. Konfransda iştirak etmək istəyənlər məruzələrinin tezislərini 25 mart 2012-ci il tarixədək təşkilat komitəsinin [email protected], [email protected] elektron ünvanlarına göndərə bilərlər.