Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib

6 Fevral 2012 21:12 (UTC+04:00)

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort Azərbaycanda səfərdədir.

SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində F.Lefort Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəkdir. Görüşlərdə regiondakı vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər və s. müzakirə olunacaqdır.