Fransada ilk Müsəlman qəbiristanlığı açıldı

6 Fevral 2012 20:25 (UTC+04:00)

Fransanın Strasbourq şəhərində Sosialist bələdiyyəsi ilk dəfə olaraq Müsəlman qəbiristanlığını açıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Fransa İslam Şurasının başçısı Məhəmməd Mussavi bələdiyyə tərəfindən bu təşəbbüsün irəli sürülməsini "tarixi bir addım" olaraq qiymətləndirib və bundan böyük bir məmnunluq hissi duyduğunu dilə gətirib. O, bu addımın Fransanın digər bölgələrində də davam etdirilməsini arzu edib.