ABŞ Suriyadakı səfirliyinin fəaliyyətini dondurdu

6 Fevral 2012 19:48 (UTC+04:00)

ABŞ Suriyadakı səfirliyini bağlayıb. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, bu gün səfir Robert Ford və səfirliyin əməkdaşları Suriyanı tərk ediblər. Qeyd edək ki, ABŞ hökuməti ötən ay səfirliyin mühafizəsi gücləndirilməsə, diplomatik nümayəndəliyin fəaliyyətini dayandırılacağını bildirmişdi.