Suriyada ölənlərin sayı getdikcə artır

6 Fevral 2012 18:59 (UTC+04:00)

Bu gün Suriyada meydana gələn qarşıdurmalarda ölənlərin sayı 64 nəfərə yüksəlib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, təkcə Humus şəhərində 50 nəfərin öldüyü bildirilib. Güclü atışmalar nəticəsində İdlib şəhərində 3 zabitin və digər dinc sakinin öldürüldüyü açıqlanıb.

Hazırda hücularının qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.