Ağdam və Ucar Mərkəzi Rayon Xəstəxanalarında könüllü qanvermə aksiyaları keçirilib
6 Fevral 2012 11:02 (UTC+04:00)
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Ağdam və Ucar
Mərkəzi Rayon Xəstəxanalarında könüllü qanvermə aksiyaları keçirilib. SİA-nın xəbərinə görə, aksiyalar zamanı Ağdam MRX-da
38 nəfər, Ucar MRX-da isə 120 nəfər könüllü olaraq qan verib. Tədarük
olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı,
həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.