Ölkədə hökm sürən qeyri-sabit hava şəraiti Qarabağ bölgəsinə də çatıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, ötən gün axşam saatlarından Bərdə, Ağdam və Tərtər rayonlarına qar yağmağa başlayıb. Havanın temperaturu 2 dərəcədən çox aşağı düşüb. Qar ən çox Tərtər rayonu ərazisinə yağıb. Şaxtalı hava yolların buz bağlamasına səbəb olduğundan bölgədə avtomobillərin hərəkəti çətinləşib.
Yollarda yaranmış çətinliyi aradan qaldırmaq üçün yol istismar idarəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. Bərdədə mərkəzi yollara duz və qum qarışığı səpilib.
Qeyd edək ki , rayonlararası yollarda lazımı tədbirlər görülmədiyindən nəqliyyatın hərəkətində problemlər yaranıb.
Şamxal Adıgözəlov