İranın neft naziri Rüstəm Qasemi Avropa ölkələrinin sanksiyalarının tətbiqinədək ittifaqın bəzi ölkələrinə neft satışının dayandırılacağı barədə xəbərdarlığını təkrar edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rüstəm Qasemi Tehranda keçirdiyi mətbuat konfransında bildirib ki, rəsmi ixracın dayandırılması dünya bazarlarında qarışıqlıq yaradacaq.
Hədəflənən ölkələrin adlarını açıqlamayan nazir son hadisələrdən (Aİ-nin saksiya bəyanataları) İran iqtisadiyyatına zərər gəlməyəcəyini deyib: "Bizim Avropaya satdığımız neftin həcmi ümumi ixracda böyük həcmlər təşkil emir. Bu gün həmin neftin alınmadığı təqdirdə belə bu iqtisadiyyata problem yaratmayacaq".
Nazir deyib ki, nefti almaq istəyən ölkələrlə sövdələşmələr imzalanır.