Polad Bülbüloğlunun 67 yaşı tamam olur
4 Fevral 2012 15:59 (UTC+04:00)
Bu gün tanınmış müğənni və bəstəkar, uzun müddət mədəniyyət naziri vəzifəsini tutmuş, Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 67 yaşı tamam olur.SİA-nın verdiyi məlumata görə, Polad Murtuza oğlu Məmmədov 1945-ci ildə Bakıda doğulub, Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfində təhsil alıb. Bir çox populyar mahnıların, simfonik əsərlərin müəllifi, ifaçısıdır. Kinofilmlərə çəkilib, tamaşalara musiqi yazıb, mahnı bəstələdiyi filmlərin sayı isə 50-i ötüb.Əməkdar İncəsənət xadimi (1973), xalq artisti (1982), TÜRKSOY-un sədri (2006) olan Polad Bülbüloğlu Rusiya ilə Azərbaycan arasında mədəni və dostluq əlaqələrinin möhkəmlənməsi uğrunda səylərinə görə də mükafandırılıb, Müqəddəs Nevski mükafatına layiq görülüb.