Qarda şürüşən 30 nəfər xəstəxanaya yerləşdirilib

4 Fevral 2012 15:32 (UTC+04:00)

Keçən sutka ərzində təcili tibbi yardım stansiyalarına 1500 müraciət daxil olub. Müraciət edənlərin 136-ı xəstəxanaya catdırılıb. Sürüşərək müxtəlif dərəcəli travma alan 46 nəfərdən 30-u xəstəxanalara yerləşdirilib.


Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından SİA-ya verilən məlumata görə, ümumilikdə ötən gün 74 nəfər müxtəlif dərəcəli travma alıb.