Azərbaycanı «Eurovision – 2012» mahnı müsabiqəsində təmsil edəcək ifaçı fevralın 12-də bəlli olacaq

4 Fevral 2012 10:21 (UTC+04:00)

Azərbaycanı "Eurovision – 2012" mahnı müsabiqəsində təmsil edəcək ifaçı fevralın 12-də bəlli olacaq. SİA-nın məlumatına görə, həmin gün Heydər Əliyev Sarayında milli final təşkil olunacaq. Beş finalçı - Orxan Kərimli, Səbinə Babayeva, Elton İbrahimov, Fəqan Səfərov və Arzu İsmayılova "Eurovision 2012"də Azərbaycan təmsilçisi adı uğrunda mübarizə aparacaq.


Qeyd edək ki, ötən il Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal birincilik əldə ediblər. Qalib ölkə olaraq bu il müsabiqəyə ev sahibliyini Azərbaycan edir. Təmsilçimiz bu il birbaşa mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcək.