Xəbər verdiyimiz kimi, bu gün Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 19-cu Bakı Açıq Birinciliyinə start verilib. Siasport.az saytı xəbər verir ki, 1997-99, 2000, 2001, 2002, 2003 və 2004-cü illər təvəllüdlü gimnastların çıxış etdiyi birincilikdə respublikanın idmançıları ilə yanaşı Gürcüstan, Qazaxıstan və Türkiyəli yeniyetmələr də iştirak edib. Məlumat üçün bildirək ki, 131 gimnast və 4 qrup komandanın iştirak etdiyi birincilikdə, Bakı Gimnastika Məktəbinin və Respublika Kompleks İdman Məktəbinin, "Neftçi" və "Təhsil", "Spartak" və "Sərhədçi", "Zirvə", "Bakı" Peşəkar İdman Klubunun və Nizami rayonu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, həmçinin Sumqayıtdan iki, Gəncədən, Xırdalandan və ilk dəfə olaraq Qusardan gimnastlar iştirak ediblər.
Xatırladaq ki, sabah gimnastika üzrə beynəlxalq turnirə yekun vurulacaq.
Orxan Faiqov