“Qarabağ” 69,5 xalla dünyanın 314-cü komandasıdır
3 Fevral 2012 14:44 (UTC+04:00)
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların son 1 il üçün reytinqini açıqlayıb.
Siasport.az saytı xəbər verir ki, 405 komandanın yer aldığı reytinqdə ölkəmizin yeganə təmsilçisi "Qarabağ" 2 pillə geriləyərək 69,5 xalla 314-cü pilləni Moskva "Dinamo"su və Çexiyanın "Mlada Boleslav" klubları ilə bölüşdürür.
Reytinqə dünyanın ən güclü komandası olan İspaniyanın "Barselona" klubu 359 xalla başçılıq edir. Onun əzəli rəqibi olan Madrid "Real"ı 302 xalla ikincidir. İlk üçlüyü Argentinanın "Veles Sarsfild" klubu 271 xalla tamamlayır.