Bakı şəhərində boks üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə yekun vurulub. Yanvarın 24-dən 29-dək keçirilən yarışda 45 komandanın 226 idmançısı mübarizə aparıb.
Əməkdar məşqçi Rəhim Allahverdiyev yarışdan sonra jurnalistlərə verdiyi müsahibəsində yüksək nəticələr əldə etməkdə göstərdikləri maddi və mənəvi dəstəyə görə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin rəhbərliyinə dərin təşəkkürünü bildirdi.
Qeyd edək ki, çempionatın qalibləri bu ilin iyununda milli komandanın tərkibində Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq yeniyetmələr arasında Avropa birinciliyində mübarizə aparacaqlar. Milli komandanın tərkibində boks üzrə dünya birinciliyinə də qatılacaq idmançıların əsas hədəfi 2014-cü ildə Pekində keçiriləcək gənclər arasında olimpiya yarışlarında yüksək nəticə əldə etməkdən ibarətdir.