2011-ci ildə Ermənistanda intihar edənlərin 56,7 faizi işsiz olub

1 Fevral 2012 18:41 (UTC+04:00)

Ermənistan Milli Statistika Xidmətinin (MSX) məlumatına görə, ölkədə 195 nəfər intihar edib, 452 hadisə isə intihara təşəbbüs nəticəsində baş verib. SİA-nın news.am saytına istinadən məlumatına görə, 2010-cu ilə müqayisədə intihar edənlərin sayı 13,3 faiz azaldığı halda, intihara təşəbbüs halları 23,2 faiz artıb. Qeyd edək ki, Ermənistanda intiharların əksəriyyəti özünüboğma və hündürlükdən özünüatmaqla baş verib. İntihar edənlərin 56,7 faizi işsiz olub.