Pakistanın xarici işlər naziri Hina Rəbbani Xar Əfqanıstana səfəri çərçivəsində prezident Həmid Kərzai ilə bir araya gəlib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, görüşdə ikitərəfli əlaqələr, regionların iqtisadi inkişafına dair məsələlər müzakirə olunub.
Bununla belə tərəflər qonşu dövlətlərlə problemlərin həlli istiqamətində də fikir mübadiləsi aparıb.