Gənc donorlar “Gənclər günü”ndə qan verəcəklər
1 Fevral 2012 10:28 (UTC+04:00)
"Qan Donorları Assosiasiyası" İctimai Birliyi və "Gənclərin Töhfəsi" İctimai Birliyi 2 fevral gənclər günü ilə əlaqədar olaraq irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslər üçün təmənnasız qanvermə aksiyası keçirəcək. Mərkəzi Qan Bankında təşkil ediləcək aksiyada könüllü qan verənlər toplaşacaq. Qeyd edək, 2 fevral 1997-ci ildən etibarən Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Azərbaycan Respublikası gənclərinin I forumu ilk dəfə 1996-ci ilin 2 fevral tarixində keçirilib. 1997-ci ildən fevralın 2-si Ümumilli lider, mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gəncləri günü elan olunub.