Azərbaycanda ilk dəfə olaraq sosial media saytı fəaliyyətə başlayır

30 Yanvar 2012 19:20 (UTC+04:00)
Azərbaycanda ilk dəfə olaraq sosial media sayt fəaliyyətə başlayır. 300 səhifəyə yaxın materialı özündə əks etdirən çox zəngin resursa malik internet səhifəsi – "sosialmedia.net" istifadəyə verilib. SİA-nın məlumatına görə, bu barədə Rəqəmsal İnkişaf İctimai Birliyi informasiya yayıb. Veb-səhifədə yeni media alətlərindən istifadə haqqında, eləcə də internetdə olan xidmətlərin produktivliyini və funksionallığını artıran veb-alətlə istifadəçiləri tanış edən zəngin məlumatlar yerləşdirilib.