Hulusi Kılıç: “Bizi Azərbaycanın tutduğu mövqe tam qane edir”

30 Yanvar 2012 17:51 (UTC+04:00)

\"Son zamanlar sanki ermənilərlə fransızlar kənarda qalıb, digər qüvvələr Azərbaycanla Türkiyənin arasını vurmaq istəyirlər. Bu onlar üçün utandırıcıdır\". SİA-nın xəbərinə görə, bunu Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə həsr olunmuş toplantıda Türkiyənin Azərbaycandakı səfir Hulusi Kılıç bildirib. Onun sözlərinə görə, Fransa qondarma \"erməni soyqırımı\"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul etməsi Azərbaycanda Türkiyədə olduğu kimi etirazla qarşılandı. Onun sözlərinə görə, Azərbaycanda Prezident Administrasiyası, Milli Məclisi, ictimai təşkilatları kəskin etirazlarını bildiridilər: " Bizi Azərbaycanın tutduğu mövqe tam qane edir. Fransa Senatının qondarma "erməni soyqırımı"nın inkarına görə cəza tətbiqi ilə bağlı qanun layihəsini qəbul etməsinə Azərbaycandan böyük təpki gördük. Bunlar bir daha Türkiyənin probleminin həm də Azərbaycanın problemi olduğunu göstərdi. Təəssüf ki, mətbuatda gedən bəzi xoşagəlməz xəbərlər oldu və bunlar bizi üzməkdədir. Azərbaycanın Türkiyəyə dəstəyinə görə minnətdarıq. Biz heç kimin torpaqlarını işğal etməmişik. Əksinə, bizim torpaqlar işğal olunub".

Səfir qeyd edib ki, Ötən 20 ildə Azərbaycanla Türkiyə arasında so dərəcə vacib görüşlər, səfərlər təşkil olunub. Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 3 milyard dolları keçib. Səfir qeyd edib ki, iki ölkə arasında qarşılıqlı investisiyanın həcmi də 10 milyard dollara yaxınlaşır. Tərəflər arasında regional layihələrin vacibliyinə toxunan səfir qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisi 2012-ci ildə başa çatacaq və ilk qatar artıq bu il Avropaya yola düşəcək. Bundan başqa, H.Kılıç iki ölkə arasında Strateji Şuranın iclasının bu il Azərbaycanda keçiriləcəyini qeyd edib: " Türkiyədə analoji iclas zamanı 20-ə yaxın sənəd imzalanıb. Azərbaycanda keçiriləcək iclasda da maraq kəsb edən sahələr üzrə yeni sənədlər imzalana bilər".

Daha sonra tədbirdə çıxış edən millət vəkili Gülər Əhmədova bildirib ki, türklər biri-birinin əlindən çox bərk tutmalıdır. O türk dünyasının birləşəməsinin vacibliyini vurğulayıb. Eyni zamanda millət vəkili deyib ki, Türkiyə və Azərbaycan qardaşlığı və strateji mütəfiqliyi çox yüksək səviyyədədir, lakin dünyada fəaliyyət göstərən türk diasporları daha da intensiv çalışmalıdırlar. Millət vəkili Jalə Əliyeva isə toplantıda vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasında birlik sözdə olan məsələ deyil əməldə, tarixdə həkk olunub. Millət vəkilinin sözlərinə görə, iki dövlətin tarixi həqqətlərini nə qədər boğmağa çalışsalar da əvvəl-axır onlar öz təsdiqni tapır.

\"Türkiyə Azərbaycan iqtidarlarının hazırda həyata keçirdiyi siyasət iki dövlətin rifahıı naminə fəaliyyət göstərir\",- deyən millət vəkili Musa Qasımlı isə tədbirdə yaxın vaxtlarda Moskva arxivlərində çalışdığını qeyd edib. O, vurğulayıb ki, Moskvadakı arxiv sənədlərini əldə edib araşdırmaq lazımdır. "O sənədlər açılandan sonra heç kim "erməni soyqırımı" məsələsinə inammayacaq. Çünki o sənədlər ötən əsrin əvvəlləində ermənilərin həqiqi siması ortaya qoyulub".