Ukraynada 18 nəfər donaraq öldü

30 Yanvar 2012 17:18 (UTC+04:00)

Ukraynada kəskin soyuqlar 18 nəfərin donaraq ölməsinə gətirib çıxarıb. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, Ukrayna Səhiyyə nazirliyindən verilən məlumatda üç gün içərisində təxminən 500 adamın soyuqlması səbəbilə müalicə altında olduğu söylənilib. Qeyd edək ki, Ukraynada bəzi bölgələrdə gündüz -16 dərəcə olan istiliyin gecə -23 dərəcəyə qədər düşdüyü bildirilir.