Dama üzrə Bakı şəhər çempionatına yekun vurulub
30 Yanvar 2012 16:09 (UTC+04:00)
1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər şahmat-dama idman məktəbində keçirilən 100 xanalı dama üzrə Bakı şəhər çempionatının qalibləri müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə keçirilmiş yarışda 38 idmançı mübarizə aparıb. Çempionatın nəticələrinə əsasən, kişilər arasında Anar Mustafayev, Sidqi Samantuyev, Eldar Xasayev, qadınlar arasında isə Nərmin Xəlilova, Əzizə Rəfizadə və Leyli Sadıqlı fərqləniblər. Qaliblər BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlara və xatirə hədiyyələrinə layiq görülüblər.