Rusiyada axtarılan Azərbaycanda tutuldu

28 Yanvar 2012 18:30 (UTC+04:00)

Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub. SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının CM-nin 119-cu maddəsi (öldürməklə hədələmə və ya qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Eldəniz Cəfərov tutulub.