Mərdəkan qəsəbə sakinindən narkotik vasitə aşkar olunub
28 Yanvar 2012 16:53 (UTC+04:00)
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mərdəkan qəsəbə sakini Eldəniz Əliyevin üzərindən 10 qramdan artıq narkotik vasitə olan həşiş götürülüb. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, həmin şəxsin yaşadığı ünvanından isə 2 kiloqramdan artıq həşiş aşkar edilərək götürülüb.