«Eurovision-2012»nin biletlərinin satışı ilə bağlı məlumat üç həftə ərzində məlum olacaq

26 Yanvar 2012 16:20 (UTC+04:00)
Azərbaycanda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin biletlərinin satışı ilə bağlı məlumat üç həftə ərzində ictimaiyyətə açıqlanacaq. SİA-nın məlumatına görə, bu barədə "Eurovision" mahnı müsabiqəsinin tədbirlərin təşkilatı məsələləri üzrə rəhbəri Sietse Bakker deyib.


O, müsabiqənin biletlərinin qiymətinin yüksək olmamasına çalışacaqlarını bildirib: "Arenanın tutumunu bildikdən sonra biletlər satışa çıxarılacaq. Biletlərin qiyməti ev sahibi olan ölkələrin standartlarına uyğun müəyyənləşir".