\"Ermənistan Bakıda keçiriləcək "Eurovision -2012" mahnı müsabiqəsində iştirak edəcək\". Bunu SİA-nın sualını cavablandıran "Eurovision" mahnı müsabiqəsinin icraçı rəhbəri Yan Ola San deyib.
İcraçı rəhbər bildirib ki, digər ölkələr kimi, Ermənistanın da müsabiqədə iştirakına təhlükəsizlik baxımından zəmanət veriləcək: "Mən əmin edirəm ki, Ermənistan müsabiqədə iştirak edəcək. Biz onlarla mütəmadi olaraq əlaqə saxlayırıq. Ermənistanda müsabiqəyə hazırlıqlar gedir".