Bakı metrosunda insident baş verib. SİA-nın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə Bakı Metropoliteninin "Gənclik" stansiyasının ərazisində qeydə alınıb. Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 77 yaşlı Əşrəf Babayev bıçaqla sərnişinləri hədələyərək qatarın hərəkətinə maneçilik törədib. Həyata keçirilən tədbirlər nəticəsində Əşrəf Babayev tutulub.