"Liverpul" İngiltərə Kubokunun finalında!

26 Yanvar 2012 14:16 (UTC+04:00)

Dünən İngiltərə Liqa kubokunda növbəti finalçının adı məlum olub. Siasport.az saytı xəbər verir ki, öz meydanında "Mançester Siti"ni qəbul edən "Liverpul", son illər "məğlubedilməz komanda" imici qazanan Mançester şəhərinin təmsilisini Kubokdan kənarlaşdırıb. İlk qarşılaşmada 1:0 hesablı qələbə qazanan "Liverpul" cavab oyununda rəqibi ilə 2:2 hesablı nəticəyə razılaşsa da, Kubokun finalına adlayan tərəf olub.