\"İlin hit mahnıları\"-FOTOSESSİYA

24 Yanvar 2012 12:53 (UTC+04:00)

Dünən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "İlin hit mahnısı-2011" qala-konserti keçirilib. SİA-nın məlumatın görə, mərasimdə Azərbaycan müğənnilərinin 2011-ci ildə ifa etdiyi ən hit mahnılar mükafata layiq görülüb.

Mərasimin aparıcıları Sədaqət Rəşidqızı və Zabir Əliyev idi.

Mükafat alan müğənnilər sırasında "Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal, əməkdar artist Tünzalə Ağayeva, Abbas Bağırov, Ədalət Şükürov, müğənnilər Ramal İsrafilov, Natəvan Həbibi, Safurə Əlizadə, Əlnur Məmmədov, Nadir Qafarzadə, Vasif Məhərrəmli, Samira, Niyam Səlami, Zaur Əmiraslanov Əlnarə və Mina, Leyla Ramazanlı, Miri Yusif kimi adlar var idi.

Onu da bildirək ki, mərasimin ən diqqət çəkən məqamlarından biri Eldarla Nigarın səhnəyə çıxmamağı və mükafatı almadan məkanı tərk etmələri oldu.

Digar bir hadisə isə Vasif Məhərrəmlinin başına gəldi. Müğənni mahnısını ifa edən zaman fonoqram kəsildi və o, canlı ifa etdi.

Foto müəllifə məxsusdur.