Liviyada baş verən qarşıdurmalarda 4 nəfər ölüb

23 Yanvar 2012 21:23 (UTC+04:00)

Qəddafi tərəfdarları ilə hökumət qüvvələri ilə arasında baş vermiş qarşıdurmada 4 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, qarşıdurmalar nəticəsində Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin tərəfdarları ölkənin qərbindəki Bəni-Vəlid şəhəri üzərində nəzarəti ələ keçiriblər.

Qeyd edək ki, iki gün bundan əvvəl Liviyada Milli Keçid Şurasının qərargahına qarşı etirazlarda ölkədə islahatların yumşadılması məsələsi irəli sürülmüşdü.