Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Fransada qondarma "erməni soyqırımı"nı inkar edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına dair qanun layihəsinin müzakirə olunmasına münasibət bildirib. O, qeyd edib ki, bu, demokratik dəyərlərə sığmayan qərardır: "Bütün Fransa xalqının qondarma erməni soyqırımını inkar edənlərə qarşı cəzanın tədbiqini nəzərdə tutan qanun layihəsini qəbul edəcəyinə inanmıram".
O, Fransa parlamentinin aşağı palatasında \"erməni soyqırımı\" ilə bağlı verilən qərarın qeyri-qanuni və demokratik olmadığını vurğulayıb.