“UEFA” “Şaxtyor”un qapıçısını cəzalandırdı

14 Yanvar 2012 14:12 (UTC+04:00)
"UEFA" Ukraynanın "Şaxtyor" komandasının qapıçısı Aleksandr Ribakı qanunsuz maddə qəbul etdiyinə görə müvəqqəti olaraq müsabiqələrdən kənarlaşdırıb. Siasport.az saytının məlumatına görə, Avropa Futbol Federasiyaları Assosasiyası Ukraynanın "Şaxtyor Donetsk" klubunun qapısıçısı Aleksandr Ribakı qanunsuz maddədən istifadə etdiyinə görə müvəqqəti olaraq müsabiqələrdən kənarlaşdırdığını bildirib. "Şaxtyor" klubunun baş meneceri Sergey Palkin yerli mətbuata verdiyi açıqlamada "UEFA" rəsmilərinin komandanın "Karpat" klubu ilə qarşılaşmasından sonra düşərgəyə sürpriz ziyarət etdiyini və dopinq testi etdiyini deyib. Bundan əlavə, Ribakın çəki itirmək üçün dərmandan istifadə etdiyini, lakin həbi klub həkiminə demədən istifadə etdiyini deyən Sergey Palkin, cərimə haqqında bunları ifadə edib "Hazırda nə qədər cəza verildiyini bilmirik. Lakin, 6 aydan 2 ilə qədər cəza gözləyirik". Qeyd edək ki, Ukrayna Milli Komandasında 1 dəfə forma geyən Ribakın "Ukrayna 2012 Avropa Futbol Çempionatı" heyətində yer alacağı nəzərdə tutulurdu.