Bakı Şəhər Baş Polis İdarəsi "ARTS" tikinti materialları alqı-satqı şirkətinin direktoruna qarşı törədilən soyğunçuluq cinayəti ilə bağlı məlumat yayıb.
İdarədən SİA-ya verilən məlumata görə, şirkətin direktoru, Bakı şəhər sakini Bahəddin Qarakedəyev Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, yanvarın 5-i saat 18 radələrində, Fətəli xan Xoyski küçəsində şirkətin xəzinədarı Mərdan Xankişiyev içərisində 20 min manat olan bükülünü onun əlindən alaraq qaçıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən M. Xankişiyev yanvarın 6-da tutulub.
Faktla bağlı araşdırma aparılır.