Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ olub

5 Yanvar 2012 09:24 (UTC+04:00)

Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ olub. AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, yanvarın 4-də yerli vaxtla saat 17:09-da Xəzər dənizində, Nardarandan 50 km şimalda, ml-3.6 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ 3,60 maqnitudada, 52 km dərinlikdə qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.