"Yuventus" "Roma"nın forvardını transfer etdi!
4 Yanvar 2012 17:14 (UTC+04:00)
İtaliyanın "Yuventus" futbol klubu daha bir transfer reallaşdırıb. Siasport.az saytı xəbər verir ki, "qoca sinyora" "Roma"nın 29 yaşlı forvardı Marko Boriellonu icarə əsasında heyətinə qatıb.
8 milyon avroya başa gələn bu transfer, daha çox "Yuventus"un hücum xəttini gücləndirməyə xidmət edir. Klubun rəsmi interner səhifəsində bu transfer barədə rəsmi açıqlama da dərc olunub. xatırladaq ki, M.Boriello 7 dəfə İtaliya millisinin də şərəfini qoruyub.